İran hazırda ABŞ ilə danışıqları davam etdirməyi planlaşdırmır və ölkə ərazisinin müdafiəsinə hədəflənib.


Moderator.az CNN-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.






"Hazırda danışıqların aparılması ilə bağlı planlarımız yoxdur, biz ölkənin müdafiəsinə hədəflənmişik", - Bəqai deyib.


Onun sözlərinə görə, ABŞ öz öhdəliklərini pozarsa, İran heç bir razılaşmaya əməl etməyəcək.


"Bu, sadiq qalmaqda davam edəcəyimiz bir prinsipdir", - İran XİN rəhbəri vurğulayıb.


Bəqai bildirib ki, Tehran ABŞ-nin elə əvvəldən atəşkəs rejiminə riayət etmədiyini hesab edir.