Futbol üzrə dünya çempionatında İngiltərəyə qalib gələn Argentina növbəti finalçı olub.


Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.






Baxmayaraq ki, matçda hesabı avropalılar açıblar. 55-ci dəqiqədə Entoni Qordon ingilis azarkeşləri ayağa qaldırıb. Bununla belə, geri dönüş etməyi bacaran "tanqoçular" arıdıcıl iki qol vurmağa müvəffəq olublar.


85-ci dəqiqədə Enzo Fernandes, 90+2-ci dəqiqədə isə Lautaro Martines fərqləniblər.


Argentinanın finaldakı rəqibi İspaniya seçməsi olacaq. İngiltərə isə üçüncü yer uğrunda matçda Fransa ilə üz-üzə gələcək.


00:55


Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda üçüncü qol vurulub.


Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb - 2:1.


90+2-ci dəqiqədə Lautaro Martines fərqlənib.


00:49


Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ikinci qol vurulub.


Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesaba tarazlıq gətirib - 1:1.


85-ci dəqiqədə Enzo Fernandes uzaq məsafədən qapını dəqiq nişan alıb.


00:18


Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ilk qol vurulub.


Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.


55-ci dəqiqədə Entoni Qordon fərqlənib.


00:09


Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ikinci hissə başlayıb.


Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında qapılara qol vurulmayıb - 0:0.


Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.


23:49


Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ilk hissə bitib.


Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında qapılara qol vurulmayıb - 0:0.


Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.


23:00


Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyunu başlayıb.


Yarımfinal mərhələsinin matçı Atlanta stadionunda keçirilir.


Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.