“Qarabağ” bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək.


Moderator.az xəbər verir ki, qarşılaşma Reykyavikdəki “Trottarvöllur” stadionunda keçiriləcək.






Oyunu Çexiyadan olan baş hakim Marek Radina idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Azərbaycan təmsilçisi Bakıda keçirilən ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub edib.


“Qarabağ” iki oyunun nəticəsinə əsasən “Vestri” səddini keçəcəyi təqdirdə, II təsnifat mərhələsində ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.


UEFA Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunu

16 iyul


00:00. “Vestri” – “Qarabağ”

Baş hakim: Marek Radina (Çexiya).

“Trottarvöllur” (Reykyavik).