Odessada hücuma məruz qalmış Azərbaycan vətəndaşları ölkəyə yola salınıb: Kapitanın axtarışı davam edir
16 Jul 2026, 08:46 3 baxış 1 dəq oxuma
14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış Atlas Bey mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən ölkəmizə yola salınıb.
Moderatir.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, gəmi kapitanının axtarışı istiqamətində Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.