ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr seriyasını yekunlaşdırıblar.
 




Moderator.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" hesabında məlumat yayıb.
 
Bildirilib ki, İrana qarşı axşam zərbələri dalğası ABŞ-nin Şərq sahili vaxtı ilə 15 iyul saat 21:00-da (Bakı vaxtı ilə 16 iyul saat 05:00-da) başa çatıb.
 
"ABŞ Silahlı Qüvvələri İranın komanda mərkəzlərini, hava hücumundan müdafiə sistemlərinin, raket və dronların dislokasiya yerlərini, eləcə də sahil müşahidə məntəqələrini hədəfə alıb. Bu səhər tezdən Amerika qüvvələri 90 dəqiqəlik dalğa ərzində Böyük Tunb adasındakı sahil müdafiə və kruiz raketləri məntəqələrinə zərbələr endirib", - deyə komandanlığın "X" platformasındakı məlumatında qeyd olunur.
 
CENTCOM-dan verilən məlumata görə, Amerika hərbçiləri əməliyyat zamanı yüksəkdəqiqlikli döyüş sursatlarından istifadə ediblər və zərbələr Bəndər-Abbas şəhəri də daxil olmaqla müxtəlif istiqamətlərdə endirilib.