Cari ilin ilk 6 ayında 192 şəxs mühafizə orderi alıb.
Moderator.az bildirir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mühafizə orderinin 183-ü qısamüddətli, 9-u uzunmüddətli olub.
"Həmçinin mühafizə orderlərinin 163-ü qadına, 29-u kişiyə verilib. Ötən dövrdən qalanlarla birgə 248 mühafizə orderinin icraatına xitam verilib", - məlumatda vurğulanıb.