Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Vərəqələrdə mülki, mədəni və milli fəaliyyətlərinə görə İranın təhlükəsizlik orqanları tərəfindən həbs edilən azərbaycanlı fəalların adları yer alıb.
Aksiya təşkilatçıları bildiriblər ki, məqsəd siyasi məhbusların unudulmamasını təmin etmək və onların səsini ictimaiyyətə çatdırmaqdır. Aksiya "Azadlıq, ədalət, milli hökumət" şüarı altında keçirilib.
Güneyli fəallar vurğulayıblar ki, təhlükəsizlik basqıları və həbs cəzaları Güney Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması tələblərini susdura bilməyəcək.