İyulun 17-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
 




Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək.
 
Dəniz suyunun temperaturu Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.