Bakı şəhərinin Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində açıq ərazidə yanğın başlayıb.
Moderator.az xəbər verir ki, alovlanma nəticəsində ətrafı qara qatı duman bürüyüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub:
"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir".