Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma yerlərinin minimal sayının məcburi kvotası"nı təsdiqləyib.


Moderator.az xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.






Qərara əsasən, kvota aşağıdakı kimidir:






































































































































































































































Tikinti obyektlərinin təyinatı



Tikinti obyektləri üçün parklanma yerlərinin minimal sayı


(avtomobil-yer)



1. Yaşayış binaları


 

1.1. Çoxmənzilli yaşayış binaları



hər mənzil üçün 1 yer, ümumi sahəsi 180 m2 və bundan yuxarı olan hər mənzil üçün 1,3 yer



1.2. Fərdi yaşayış evləri



hər ev üçün 1 yer



2. İdarəetmə, hüquq və maliyyə-kredit təşkilatları, ofis binaları və otaqları


 

2.1. Dövlət orqanları (qurumları) üçün binalar



ümumi sahənin hər 75 müçün 1 yer



2.2. Yerli özünüidarəetmə orqanları üçün binalar



ümumi sahənin hər 100 m2 üçün 1 yer



2.3. İş mərkəzləri, sığorta və hüquq təşkilatları, ofis binaları və otaqları



ümumi sahənin hər 50 müçün 1 yer



2.4. Banklar və maliyyə-kredit təşkilatları



ümumi sahənin hər 50 müçün 1 yer



2.5. Çoxfunksiyalı bina və komplekslər *



binanın müxtəlif funksiyalı hər bölməsi üçün bu cədvələ uyğun olaraq ayrıca müəyyən edilir



3. Təhsil müəssisələri, elmi və layihə təşkilatları


 

3.1. Məktəbəqədər təhsil müəssisələri



ümumi sahənin hər 300 m2 üçün 1 yer



3.2. Ümumi təhsil müəssisələri



ümumi sahənin hər 300 m2 üçün 1 yer



3.3. İlk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələri



ümumi sahənin hər 200 m2 üçün 1 yer



3.4. Təlim-tədris və hazırlıq kursları



ümumi sahənin hər 300 m2 üçün 1 yer



3.5. Elmi, elmi-tədqiqat və layihə təşkilatları



ümumi sahənin hər 170 m2 üçün 1 yer



4. Səhiyyə müəssisələri


 

4.1. Poliklinikalar və digər ambulator tipli müəssisələr



ümumi sahənin hər 100 m2 üçün 1 yer



4.2. Xəstəxanalar və digər stasionar tipli müəssisələr



hər 5 çarpayı üçün 1 yer



5. Ticarət obyektləri


 

5.1. Mağazalar (ayrıca yerləşən və ümumi sahəsi 200 m2-dən çox olan)



ümumi sahənin 200 m2-dən çox olan hər 50 m2 hissəsi üçün 1 yer



5.2. Bazarlar və topdan satış mərkəzləri



ümumi sahənin hər 100 m2 üçün 3 yer



6. İaşə obyektləri və mehmanxanalar


 

6.1. Restoranlar



ümumi sahənin hər 50 m2 üçün 1 yer



6.2. Kafeteri və çayxanalar



ümumi sahənin hər 75 m2 üçün 1 yer



6.3. Şadlıq sarayları və mərasim zalları



ümumi sahənin hər 30 m2 üçün 1 yer



6.4. Mehmanxanalar və digər növ yerləşdirmə obyektləri



hər 15 çarpayı üçün 1 yer



6.5. Motellər



otaq sayının ən azı 80%-i üçün yer



7. Mədəniyyət və dini obyektlər


 

7.1. Kinoteatr, teatr, sirk, konsert və konfrans zalları



hər 10 oturacaq üçün 1 yer



7.2. Kitabxanalar, rəsm qalereyaları, muzeylər və sərgi salonları



ümumi sahənin hər 350 m2 üçün 1 yer



7.3. Məscidlər, kilsələr, sinaqoqlar və digərləri



ümumi sahənin hər 100 müçün 1 yer



8. İdman və əyləncə obyektləri


 

8.1. Tamaşaçı yerləri olmayan idman obyektləri (məsələn məşq bazaları)



idman sahəsinin hər 200 m2 üçün 1 yer



8.2. Tamaşaçı yerləri olan idman kompleksləri və stadionlar



hər 20 oturacaq üçün 1 yer



8.3. Tamaşaçı yerləri olmayan oyun və idman zalları (fitnes, idman və məşq zalları)



ümumi sahənin hər 100 m2 üçün 1 yer



8.4. Tamaşaçı yerləri olan oyun və idman zalları



ümumi sahənin hər 100 m2 üçün 1 yer + hər 20 oturacaq üçün 1 yer



8.5. Açıq üzgüçülük hovuzları, akvaparklar



hovuzun hər 10 m2 sahəsi üçün 1 yer



8.6. Tamaşaçı yerləri olmayan qapalı üzgüçülük hovuzları



ümumi sahənin hər 100 m2 üçün 1 yer



8.7. Tamaşaçı yerləri olan qapalı üzgüçülük hovuzları



ümumi sahənin hər 100 m2 üçün 1 yer + hər 20 oturacaq üçün 1 yer



8.8. İstirahət və əyləncə obyektləri (əyləncə mərkəzləri, oyun avtomatları zalları və s.)



ümumi sahənin hər 30 müçün 1 yer



9. Kommunal obyektlər


 

9.1. Hamamlar, saunalar



ümumi sahənin hər 35 müçün 1 yer



10. Nəqliyyat obyektləri


 

10.1. Sərnişin vağzalları (dəmir yolu, avtomobil, su nəqliyyatı və aerovağzallar) və limanlar



hər 10 sərnişin üçün 1 yer



10.2. Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri və stansiyaları



ümumi sahənin hər 40 m2 üçün 1 yer



11. İstehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) obyektləri


 

11.1. Sənaye və elmi-istehsalat müəssisələri



ümumi sahənin hər 150 m2 üçün 1 yer



11.2. Logistika (anbar) obyektləri



ümumi sahənin hər 250 m2 üçün 1 yer



12. Rekreasiya əraziləri və istirahət obyektləri


 

12.1. Çimərliklər və parklar



hər 100 eyni zamanda gələn ziyarətçiyə 15 yer



12.2. Meşə-parklar və qoruqlar



hər 100 eyni zamanda gələn ziyarətçiyə 7 yer



12.3. İstirahət evləri və bazaları, sanatoriyalar, sanatoriya-profilaktoriyalar və turist bazaları



hər 100 istirahət edən üçün 10 yer



12.4. Kurortlar, pansionatlar, təbii müalicəvi sağlamlıq mərkəzləri (termal kurortlar)



otaq sayının ən azı 25%-i üçün 1 yer



13. Qəbiristanlıqlar


 

13.1. Qəbiristanlıqlar



hər 1 hektar ərazi üçün 10 yer



Komitənin Ümumi işlər və Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.