“Artıq Türkiyənin özəl, xüsusi təyinatlı dəstələri Ukraynaya göndərilir…”-Poitoloq
16 Jul 2026, 18:08 4 baxış 3 dəq oxuma
“Amerika kimi nəhəng bir ölkə NATO-dakı bir sıra səlahiyyətlərini Türkiyəyə həvalə etməyə hazır olduğunu da bəyan edib…”
“Yəhudi beynəlxalq təşkilatları, sionist dairələr və başqaları kənardan ABŞ-İran savaş ocağını aramsız olaraq körükləyirlər. Ona görə də vəziyyətin xeyli mürəkkəb, hətta çıxılmaz xarakter aldığını söyləmək olar…”
“Əslində, NATO sammitindən sonra Türkiyənin regiondakı rolu durmadan artır. Hətta bu məsələdə Amerika kimi nəhəng bir ölkə NATO-dakı bir sıra səlahiyyətlərini Türkiyəyə həvalə etməyə hazır olduğunu da bəyan edib. Yəni buradan belə nəticə çıxarmaq olar: Türkiyə önə verilir, bir sıra məsələlərdə NATO-nun əsas sözçüsü və əsas dəyərləndirici aktorlarından birinə çevrilir. Bu, xüsusilə İran və Ukrayna məsələlərinə də aiddir”.
Bu fikir və mülahizələri Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli səsləndirib.
“Məndə olan məlumata görə, artıq Türkiyənin özəl, xüsusi təyinatlı dəstələri Ukraynaya göndərilir. Yəni, söhbət xüsusi təyinatlı qüvvələrdən gedir. Bundan başqa, İranla bağlı məsələlərdə Türkiyə həmişə çalışır ki, problemlərin sülh yolu ilə həll edilməsinə nail olsun. Amma İran iki, üç, hətta dördvektorlu siyasət yürüdərək Türkiyənin bu canıyananlığını, bu səylərini lazımi şəkildə dəyərləndirmir. Hətta NATO sammitinin məhz Türkiyədə keçirilməsi və ABŞ prezidenti Donald Trampın Ankaraya gəlib həmin tədbirdə iştirakı zamanı İrana hücum əmri verməsi səbəbindən rəsmi Tehran bu məsələyə xeyli mənfi yanaşır”, -deyə davamında politoloq bildirib.
“İndi də ABŞ-İran müharibəsinin yeni fazası başlayıb. Bu faza başlayandan sonra Türkiyə xüsusi diplomatik üsullar tətbiq edir. İranla Amerika arasında, Pakistanın da iştirakı ilə yenidən sülh mühiti yaratmaq üçün müəyyən addımlar atılır. Hələ ki, bunlar nəticə vermir. Bunun əsas səbəblərindən biri Amerikanın, Trampın dikbaş siyasətidirsə, digər səbəbi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“SEPAH”) rəhbərliyinin beynəlxalq siyasəti düzgün qiymətləndirə bilməməsi və hadisələrə adekvat yanaşmamasıdır. Bu bölgədə hazırda xaotik xarakter daşıyan mürəkkəb proseslər gedir. Hələ ki, bu prosesi cilovlamaq olmur. Gəldiyim nəticə odur ki, yəhudi beynəlxalq təşkilatları, sionist dairələr və başqaları kənardan ABŞ-İran savaş ocağını aramsız olaraq körükləyirlər. Ona görə də vəziyyətin xeyli mürəkkəb, hətta çıxılmaz xarakter aldığını söyləmək olar”, -deyə Qabil Hüseynli vurğulayıb.