UEFA Konfrans Liqasında səfərdə "Torpedo Kutaisi"nin qonağı olan "Zirə" uğurlu nəticəyə imza atıb.
Moderator.az xəbər verir ki, təmsilçimiz rəqibini 0:3 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmək üçün böyük üstünlük qazanıb.
Görüş boyu rəqibindən daha üstün oyun nümayiş etdirən "Zirə"nin heyətində Eren Aydın xüsusilə fərqlənib. Futbolçunun dublu komandamızın inamlı qələbəsində həlledici rol oynayıb.
Rəqib qapısına üç cavabsız qol vuran "Zirə" matçı quru hesab və qələbə ilə başa çatdırıb.
Gürcüstanda yerli "Torpedo" və "Zirə" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda üçüncü qol vurulub.
Moderator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi fərqi daha da artırıb - 3:0.
Eren Aydın 70-ci dəqiqədə dubl müəllifi olub.
21:03
UEFA Konfrans Liqasında səfərdə "Torpedo Kutaisi" ilə qarşılaşan "Zirə" üçün görüşün ikinci yarısı başlayıb.
Moderator.az xəbər verir ki, təmsilçimiz matçın ilk hissəsini 0:2 hesablı üstünlüklə başa vurub.
UEFA Konfrans Liqasında səfərdə "Torpedo Kutaisi" ilə qarşılaşan "Zirə" üçün ilk hissə uğurla tamamlanıb.
Moderator.az xəbər verir ki, gərgin keçən qarşılaşmanın birinci yarısı təmsilçimizin 0:2 hesablı üstünlüyü ilə başa çatıb.
UEFA Konfrans Liqasında səfərdə "Torpedo Kutaisi" ilə qarşılaşan "Zirə" üstünlüyünü artırıb.
Moderator.az xəbər verir ki, matçın gedişatında rəqibi qarşısında üstün oyun nümayiş etdirən təmsilçimiz ikinci qolu vuraraq hesab arasındakı fərqi iki topa çatdırıb - 0:2.
"Torpedo" və "Zirə" komandaları arasında keçirilən matçda hesab açılıb.
Moderator.az xəbər verir ki, qarşılaşmanın 25-ci dəqiqəsində Eren Aydın qonaq komandanı hesabda irəli çıxarıb - 0:1.
UEFA Konfrans Liqasında mübarizə aparan təmsilçimiz "Zirə" Gürcüstanda "Torpedo Kutaisi" komandasına qarşı cavab oyununa çıxıb.
Moderator.az xəbər verir ki, qarşılaşma Kutaisidəki Ramaz Şengeliya stadionunda baş tutur.