İranın(Güney Azərbaycanın)Ərdəbil əyalətində yerləşən tarixi Qırmızı körpünün bəzi hissələri dağıdılıb.
Moderator.az "GünazTV"-yə istinadla xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Körpüdə xəsarətlərin tarixi əşya qaçaqmalçılarının qanunsuz qazıntıları zamanı meydana gəldiyi bildirilib.
Qeyd edək ki, Səfəvi dövrünün memarlıq nümunələrindən olan Qırmızı körpü Ərdəbil-Nəmin yolunun 7-ci kilometrliyində Balıqlı çay üzərində yerləşir.
Moderator.az əlavə edir ki, Ərdəbil əyalətində yerləşən tarixi Qırmızı körpü (yerli adı ilə: Qirmişi Körpü və ya Ağlağan körpüsü) Səfəvi sülaləsi dövründə, konkret olaraq Şah Abbasın (I Şah Abbas) hakimiyyəti illərində (1587–1629) inşa edilmişdir...