ABŞ ordusu İrana yönəlik növbəti zərbələr mərhələsini yekunlaşdırıb.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" hesbaında məlumat yayıb.
"Bu gün Şərq vaxtı ilə saat 21:40-da ABŞ Mərkəzi Komandanlığı İrana qarşı sonuncu irimiqyaslı hücum dalğasını başa çatdırdı. ABŞ hərbçiləri İranın sahil müşahidə məntəqələri, hava hücumundan müdafiə sistemləri, hərbi-logistika infrastrukturu və dəniz qüvvələri də daxil olmaqla, onlarla hərbi obyekti darmadağın edib", - deyə açıqlamada qeyd olunub.
CENTCOM-un açıqlamasında həmçinin vurğulanıb ki, əməliyyat zamanı Birləşmiş Ştatların silahlı qüvvələri tərəfindən qırıcılar, pilotsuz uçuş aparatları (PUA), hərbi gəmilər və yüksək dəqiqliyə malik sursatlar tətbiq edilib.
Bildirilib ki, bu, ABŞ-nin İrana ardıcıl olaraq altıncı gecədə endirdiyi zərbələr seriyası olub.