Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ölkəsinin İranla qarşıdurmada qələbə çaldığını və tezliklə bundan mənfəət əldə edəcəklərini vurğulayıb.
 




Moderator.az xəbər verir ki, bu barədə Ağ Ev lideri xalqa müraciətində deyib.
 
"Biz Venesuelada qalib gəldik. İndi bu ölkə milyonlarla barel neft hasilatı üçün bizimlə əməkdaşlıq edir. Biz İranda da çox böyük bir zəfər qazanırıq, siz çox yaxında bu səylərin bəhrəsini görəcəksiniz", - deyə həmvətənlərinə televiziya vasitəsilə müraciət edən dövlət başçısı qeyd edib.
 
O, konkret olaraq hansı bəhrədən söhbət getdiyini dəqiqləşdirməyib. Bununla belə, prezident regionda ABŞ-nin maraqlarına yaxın vaxtlarda təsir göstərəcəyi iddia olunan müsbət dəyişikliklərə işarə edib.