Futbol üzrə dünya çempionatının final oyununu idarə edəcək hakim bəlli olub.
 




Mderator.az-ın məlumatına görə, İspaniya - Argentina matçı sloveniyalı FIFA referisi Slavko Vinçiçə tapşırılıb. Ona həmyerliləri Tomaş Klançnik və Andraş Kovaçiç yan xətt hakimləri kimi kömək edəcəklər. Birləşmiş Ərəb Əmirliklərindən Adham Mahadme dördüncü, Məhəmməd Alkalaf isə ehtiyat köməkçi hakim funksiyasını yerinə yetirəcək.
 
DÇ-2026-da Fransa və İngiltərə komandaları arasında keçiriləcək üçüncü yer uğrunda görüşdə isə venesuelalı Xesus Valensuela əsas söz sahibi olacaq.
 
Xatırladaq ki, Fransa - İngiltərə oyunu iyulun 18-dən 19-na keçən gecə, Bakı vaxtı ilə saat 01:00-da, İspaniya - Argentina matçı isə iyulun 19-da, saat 23:00-da start götürəcək.