Tehran Yəmənin "Ənsar Allah" hərəkatını (husilər) ABŞ-nin İranın enerji infrastrukturuna hücumu halında Qırmızı dənizi bağlamağa hazır olmağa çağırıb.
Moderator.az bildirir ki, bu barədə "Reuters" agentliyi özəl mənbələrə istinadən məlumat verib.
Agentlik qeyd edib ki, husilər artıq Bab əl-Məndəb boğazı ərazisində PUA-lar və raketlər yerləşdiriblər, İrandan ticarət gəmilərinə zərbə endirilməsi üçün əmr gözləyirlər.
"Verisk Maplecroft" şirkətinin Yaxın Şərq üzrə aparıcı analitiki Torbyorn Solvedt Qırmızı dənizin mümkün bağlanması ilə bağlı şərh verərkən bildirib:
"Əgər hərbi əməliyyatlar güclənərsə və Qırmızı dənizdə ixrac infrastrukturuna, gəmiçiliyə təsir edərsə, bu, regiondan neft ixracı üçün yeganə nəhəng alternativ marşrutu təhlükə altına qoyacaq".