Moskvada keçirilən ikitərəfli görüş çərçivəsində Azərbaycan və Rusiya xarici işlər nazirləri mətbuat üçün giriş bəyanatları ilə çıxış ediblər.
 




Moderator.az xəbər verir ki, görüş zamanı tərəflər həm iqtisadi-humanitar əməkdaşlığı, həm də iki ölkə arasında həlli gözlənilən həssas mövzuları müzakirə ediblər.
 
Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov qlobal iqtisadiyyatdakı çətinliklərə baxmayaraq, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin müsbət dinamika ilə inkişaf etdiyini, eyni zamanda humanitar sahədəki əməkdaşlığın ənənəvi olaraq yüksək səviyyədə qaldığını vurğulayıb.
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə vaxtaşırı yaranan çətinliklərə rəğmən, tərəflərin strateji tərəfdaşlıq potensialını tam şəkildə reallaşdırmaq istiqamətində irəlilədiyini bildirib. Lavrov həmçinin xüsusi olaraq qeyd edib ki, tərəflər hər iki dövlətin ortaq faciəsi olan AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri tam şəkildə yoluna qoyublar.