Rusiyada hakimiyyətyönlü bloger İlya Remeslo saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, onu Rusiya ordusu haqqında saxta xəbərlərin yayılması ilə bağlı açılmış cinayət işi çərçivəsində 10 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, Remeslo Rusiya müxalifətinə, xüsusən də Aleksey Navalnıya qarşı fəal şəkildə çıxış edən Kreml tərəfdarı bloger və vəkil kimi tanınır. Martın ortalarında Remeslo Teleqram kanalında ölkə rəhbərliyini kəskin tənqid edən bir sıra paylaşım edib və Putinin legitim prezident olmadığını, istefa verməli olduğunu, həmçinin hərbi cinayətkar və oğru kimi məhkəməyə verilməli olduğunu bəyan edib. Ertəsi gün o, psixiatriya xəstəxanasına yerləşdirilib. Bloger xəstəxanadan çıxandan sonra hökumətə qarşı tənqidi münasibətini dəyişmədiyini bildirib və ifadələrinə görə ruhi xəstəxanaya düşdüyünə işarə edib.