Nyu-York şəhərinin meri Zohran Mamdani Raykers adasındakı cəzaçəkmə müəssisəsində olub və orada saxlanılan şəxslərlə birgə 2026-cı il dünya çempionatının İngiltərə və Argentina yığmaları arasında keçirilən yarımfinal qarşılaşmasını izləyib.


Moderator.az xəbər verir ki, bu barədə AP xəbər agentliyi məlumat yayıb.






"Bu insanlar Nyu-York sakinləridir və azadlığa çıxdıqdan sonra da Nyu-York sakini olaraq qalacaqlar", - deyə Z.Mamdani qeyd edib.


Yaxşı davranış nümayiş etdirdiklərinə görə 100-dən artıq məhkuma futbol matçına baxmaq icazəsi verilib. Bu məqsədlə idman zalında xüsusi proyektor quraşdırılıb və keyterinq şirkəti tərəfindən qəlyanaltılar təşkil olunub. Mer, həmçinin məhbuslarla söhbət edib.


Qeyd edək ki, sözügedən yarımfinal oyununda Argentina İngiltərə komandasına 2:1 hesabı ilə qalib gəlib.