Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskvada baş tutan görüşü mühüm sənədin imzalanması ilə yekunlaşıb.
 




Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıqların yekununda iki ölkə arasında 2026-2027-ci illəri əhatə edən məsləhətləşmələr planını rəsmən imzalayıblar.
 
Cümə günü Rusiya paytaxtında baş tutan bu görüşdən sonra mətbuata açıqlama verən Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı həmkarı ilə keçirilən müzakirələrin olduqca faydalı və etibarlı şəraitdə baş tutduğunu xüsusi qeyd edib.