Böyük Britaniyada Endi Bernem Leyboristlər Partiyasının lideri seçilib və onun namizədliyi Baş nazir postuna irəli sürüləcək.
Moderator.az xəbər verir ki, bu barədə "Sky news" telekanalı daxili işlər naziri Şabana Mahmuda istinadən məlumat yayıb.
"Bir namizəd 379 səs alıb. Leyboristlər Partiyasının parlament fraksiyası üzvlərinin 20 %-lik həddinə çataraq, o, növbəti mərhələyə keçmək hüququ qazanıb. Tələblərə cavab verən başqa namizəd olmadığı üçün Leyboristlər Partiyasının seçilmiş liderinin Endi Bernem olduğunu elan etməkdən şərəf duyuram", – o bildirib.
Ş.Mahmud əlavə edib ki, partiyanın tərkibinə daxil olan həmkarlar ittifaqları və sosialist birlikləri arasında tələblərə cavab verən yeganə namizəd ümumilikdə 23 səs alıb. Bura bütün 11 həmkarlar ittifaqından olan səs daxildir ki, bu da həmin təşkilatların üzvlərinin 5 %-dən çoxunu təşkil edir.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer bu il iyunun 22-də istefa verdiyini bildirib.