Türkiyənin Ticarət Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılması prosesi çərçivəsində gömrük sistemində texniki dəyişikliklər edib.


“Sabah” qəzetinin məlumatına görə, yeni qaydalara əsasən, bundan sonra Ermənistanla üçüncü ölkələr vasitəsilə həyata keçirilən idxal, ixrac və tranzit əməliyyatlarının gömrük bəyannamələrində Ermənistanın rəsmi "077" kodundan istifadə edilə biləcək.






Müvafiq dəyişikliklər artıq Türkiyənin BILGE gömrük informasiya sisteminə daxil edilib.


Dəyişikliklər çərçivəsində Türkiyədən üçüncü ölkəyə, oradan isə Ermənistana göndərilən malların son təyinat və ya mənşə ölkəsi kimi "Ermənistan/Türkiyə" qeydinin göstərilməsi mümkün olacaq.


Mənbənin məlumatına görə, hazırda Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 335–350 milyon ABŞ dolları təşkil edir.