İyulun 17-də Ukraynada müdafiə və xarici işlər nazirlərinin vəzifələrini müvəqqəti icra edən şəxslər təyin edilib.
Moderator.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Sergey Koretski bəyanat yayıb.
"Prezidentlə razılaşdırılaraq hökumət Yevgeni Xmaranı müdafiə nazirinin vəzifəsini, Andrey Sibiqanı isə xarici işlər nazirinin vəzifəsini müvəqqəti icra edən təyin edib", - deyə onun bəyanatında bildirilib.
Koretski müdafiə və xarici siyasət sahələrində işlərin fasiləsizliyinin qorunmasının vacibliyini qeyd edib.
O, həmçinin parlamentin qərarlarına uyğun olaraq bəzi nazirliklərin strukturunun yenidən təşkil edildiyini bildirib.