Rəsmi Tehran ABŞ-nin İrana qarşı hücumları 2-3 gün ərzində davam edərsə, müdafiə əməliyyatlarından hücum əməliyyatlarına keçəcək.


Moderator.az xəbər verir ki, bu barədə İranın ali liderinin hərbi müşaviri Möhsün Rzai İran dövlət televiziyasının efirində danışıb.






"Əgər ABŞ-nin hücumları qarşıdakı iki-üç gün ərzində davam edərsə, İran Silahlı Qüvvələri çəkindirmə və cavab tədbirləri mərhələsindən "hücum və tam məhvetmə" mərhələsinə keçəcək", - deyə o, bildirib.


Rzai vurğulayıb ki, bu halda Tehran təkcə münaqişə zonasındakı ABŞ bazalarına deyil, həm də ondan kənarda yerləşən bazalara hücum edəcək.