Rusiya prezidenti uzun müddətdir işğal etdiyi Krım yarımadasını keçilməz qala hesab edir. Lakin bu, yalnız illüziyadır. Son aylarda Sevastopolda lövbər salmış Rusiya donanması və işğal olunmuş bu qaladakı hava hücumundan müdafiə sistemləri belə zərbələrə məruz qalıb.
Moderator.az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Lui De Veqa “El País” qəzetində dərc olunan məqaləsində bildirib.
De Veqa qeyd edir ki, Kiyevin başlatdığı hücum fonunda – Rusiya tərəfindən işğal olunmuş əraziyə gedən körpülərin, dəmir yolu xətlərinin, yolların və infrastrukturun bombalanması yolu ilə kəsmək cəhdləri çərçivəsində reallıq Putinin təbliğatını şübhə altına alır.
Onun fikrincə itirilməsindən 12 il sonra Krımın geri qaytarılması bu gün Kiyev üçün bir neçə ay əvvəl olduğu qədər əlçatmaz arzu deyil. Bununla belə, orada hökm sürən hakimiyyət və Kremlin son onillik ərzində yarımadaya köçürdüyü on minlərlə rusiyalı artıq möhkəm şəkildə kök salıb.
“Məhz buna görə də Vladimir Zelenskinin hökuməti bu misli görünməmiş hücum əməliyyatı ilə üçtərəfli mesaj göndərir: ruslara, Ukrayna əhalisinə və Krımda yaşayan iki milyondan çox insana – həm Moskvanın mövqeyini dəstəkləyənlərə, həm də Kiyev tərəfdarlarına”, – məqalədə qeyd qeyd olunub.