Ukrayna Qara və Azov dənizlərində Rusiyanın "kölgə donanması"nın daha 13 gəmisini vurduğunu bəyan edib.


Bu barədə Moderator.az "RBK-Ukrayna"ya istinadən xəbər verir.






Məlumata görə, 8 yük gəmisi, 1 tanker, 1 qaz daşıyan tanker, 1 yedək gəmisi və 2 kran zərbəyə məruz qalıb.


Həmçinin qeyd edilir ki, "MoLoÇKa" əməliyyatının 13 sutkası ərzində Ukrayna pilotsuz uçuş aparatları ümumilikdə 172 Rusiya gəmisinə hücum edib, onlardan 118-i Azov dənizində, 54-ü isə Qara dənizdə olub.