Küveyt son 24 saat ərzində İran tərəfindən həyata keçirilən üçüncü hücumun qarşısını aldığını bəyan edib.


Moderator.az xəbər verir ki, ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata əsasən, Hava Hücumundan Müdafiə (HHM) qüvvələri düşmənin PUA və raketlərini havada zərərsizləşdiriblər.






Baş Qərargahın "X" platformasında paylaşdığı rəsmi bəyanatda qeyd edilib ki, hazırda Küveytin HHM vasitələri davam edən zərbələri uğurla dəf edir.