Dünya şöhrətli məşhur aktyor Ceki Çan avqustun əvvəlində Azərbaycana gələcək.
Moderator.az Ölkə.az-a istinadla xəbər verir ki, o, təxminən 10 gün Bakıda qalacaq.
Səfərdə məqsəd filmə çəkilməkdir. Belə ki,“Tanrının Zirehi 4” (Armour of God 4: The Ultimatum”) adlı beynəlxalq film layihəsinin çəkilişlərinin bir hissəsi Azərbaycan paytaxtında aparılacaq.
Bakıda çəkilişlər İçərişəhərdə, Dağüstü Parkda, Bakı Funikulyorunda, Yaşıl Teatrda, Fəvvarələr Meydanında və paytaxtın bəzi mərkəzi küçələrində həyata keçiriləcək.
Qeyd edək ki, filmin istehsalında Çin və Qazaxıstan iştirak edir. Ekran əsərində baş rolu Ceki Çan oynayır.
Yaradıcı heyət hazırda Qazaxıstandadır və burada çəkiliş aparırlar.
Ekran əsərinin premyerası 2027-ci ilin ikinci rübünə planlaşdırılıb.