"Neftçi"nin Belarusun "Dinamo Minsk" klubu ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu Kiprdən olan hakimlər briqadası idarə edəcək.


Moderator.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşün baş hakimi Konstantinos Fellas olacaq.






Qeyd edək ki, "Neftçi" - "Dinamo Minsk" matçı iyulun 22-də Bakıda baş tutacaq. Cavab görüşü isə iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərində keçiriləcək.