Göygöldə strateji əhəmiyyətə malik körpü qəzalı vəziyyətə düşüb.


Buna səbəb son günlər Qərb bölgəsinə yağan leysan xarakterli yağışlar səbəb olub.






Körpü Göygöl rayonunda ümumi 5 min nəfər əhalini birləşdirir. Belə ki, körpü Yeni Zod–Çaykənd–Qarabulaq–Quşçu–Sarısu avtomobil yolunun üzərindədir.


Həmçinin Goranboy rayonunun Todan, Erkəc, Mənəç və Buzluq kəndlərini birləşdirir.


Qeyd edək ki, körpü 1960-cı illərdə inşa olunub.


(qafqazinfo)