Milli Müdafiə Universitetində (MMU) "Qərargah zabiti kursu"nun növbəti məzun günü keçirilib.
Moderator.az xəbər verir ki, tədbirdə uzun müddətdir ictimaiyyət qarşısına çıxmayan, hazırda MMU-nun rektor müavini vəzifəsində çalışan general-mayor Hikmət Həsənov da iştirak edib.
General məzunlara sertifikatlarını təqdim edib.
Xatırladaq ki, H.Həsənov 2014-2021-ci illər ərzində 1-ci Ordu Korpusunun komandiri kimi fəaliyyət göstərib.