İyulun 13-də “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı, bu çıxış zamanı səsləndirdiyi fikirlər beynəlxalq miqyasda geniş müzakirə və təhlil olunmaqdadır.
Xatırladaq ki, dövlət başçısı Forumdakı çıxışında bir çox məsələlərlə yanaşı, təhlükəsizliklə bağlı məqamlarda da toxunub, Azərbaycanın “orta güc” statusuna malik olduğunu bildirib. Dövlət başçısı eyni zamanda qeyd edib ki, hər bir dövlətin gücünü müəyyən edin amillərdən biri onun öz hüdudlarından kənardakı proseslərə təsir göstərmək imkanıdır. Hansı ki, Azərbayan bunu dəfələrlə nümayiş etdirib:
“Müdafiə qabiliyyəti, özü də təkcə hərbi paradda deyil, döyüş meydanında göstərilmiş həmin qabiliyyət vacibdir. Əlbəttə, fikrimcə, mühüm meyarlardan biri hüdudlarınızdan kənarda baş verən hadisələrə təkcə bir sözünüzlə və ya bəyanatınızla təsir göstərmək qabiliyyəti də olmalıdır. Azərbaycan bunu dəfələrlə nümayiş etdirib”.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan həqiqətən də yalnız öz coğrafiyasında deyil, sərhədlərindən çox-çox uzaqlarda da baş verən proseslərə təsir göstərmək iqtisadrında olan azasaylı ölkələrdən biridir. Dövlətimiz bu gücünü bir sıra hadisəlrə fonunda ortaya qoyub ki, son bu cür hadisələrdən biri İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq cəhdi ilə bağlıdır. Yada salaq ki, bir müddət bundan öncə İsrail hökuməti qondarma “erməni soyqırımı”nı tanıyaraq növbəti mərhələ kimi, bu yalanın parlamentdə müzakirəsinə qərar vermişdi. Lakin Azərbaycan XİN-nin məlum açıqlamasından sonra rəsmi Təl-Əviv öz qərarından geri çəkilmiş, bu prosesi dayandırmışdır. Bu fakt Azərbaycanı öz hüdudlarından uzaqlarda baş verən proseslərə təsir imkanının kifayət qədər böyük olduğunu bir kəs daha sübut etmiş oldu. Baş verənlər göstərdi ki, Azərbaycan hətta İsrail kimi güüclü dövlətlərin qərarlarına belə təsir göstərə, bu qərarlara yön verə və dəyişdirə bilir. Bu mənada Azərbaycanın “orta güc” statusunu kifayət qədər doğrultduğu göz önündədir.
Onu da qeyd edək ki, ölkəmizin də üzv olduğu Türk Dövlətləri Təşkilatı beynəlxalq arenada öz nüfuzunu sürətlə artırmaqda, türk dünyasının vahid koordinasiya mərkəzinə çevrilməkdədir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Azərbaycan “orta güc” sərhədlərini aşıb keçə və türk dünyasının tərkib hissəsi kimi beynəlxalq proseslərə daha təsiredici rol oynaya bilər.
Seymur ƏLİYEV