“Bir müddət əvvəl hansısa sənətçi efirə çıxıb, özü haqqında çox yüksək fikirlər söyləmişdi. Özündən çox razı danışmışdı. Mən də onun bu sözlərinə qarşılıq olaraq demişdim ki, bizdə mədəni fəhləyik də. Zəhmətlə pul qazanırıq da. Mədəni şəkildə fəhləlik edirik. Hansımız evin içində oturmuşuq ki, kişimiz içəri əli dolu girsin?! Hamımız fəhləyik də, zəhmətkeşik. Bizim üçün hazır gəlmir ki. Gedib işləyib, əziyyət çəkib qazanırıq da”
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Gövhər Rzayeva deyib. O daha sonra sənətlə bağlı arzularından danışıb:
Bəzən deyirlər ki, hardasa işləməlisən ki, onlar sənin adını təklif etsinlər. 25 il “Azkonsert” də işləmişəm. 73 yaşım var, indi bu yaşda məni işə götürərlər? Deyərlər ki, pensioner adamsan, otur evində. Müraciət də etmişəm, heç baxan var ki? Qismətimdə varsa olacaq, yoxdursa olmayacaq. Adam var ki, 5 dəfə ev də alır, fəxri ad da, təqaüd də. Hər şey qismətlədir” deyə sənətkar bildirib.