Meksika Prezidenti Klaudiya Şeynbaum əlverişsiz hava şəraiti və reyslərin ləğv edilməsi səbəbindən 2026-cı il futbol üzrə dünya çempionatının finalı üçün Nyu-Yorka hərbi təyyarə ilə yola düşüb.
 




Moderator.az xəbər verir ki, bu barədə Meksika hökumətinin mətbuat xidməti "X" sosial şəbəkə hesabında məlumat yayıb.
 
Bildirilib ki, dövlət başçısı ABŞ-yə bu ölkənin Prezidenti Donald Trampın dəvəti ilə gedir. Matçı, həmçinin Kanadanın Baş naziri Mark Karni də izləyəcək.
 
Final iyulun 19-da baş tutacaq, oyun Nyu-York yaxınlığındakı İst-Razerfordda yerləşən "Metlayf" stadionunda keçiriləcək. Matçda İspaniya və Argentina milliləri qarşılaşacaqlar.