ABŞ sanksiyalarının dayandırıldığı müddət ərzində İran 5-6 milyard dollar dəyərində təxminən 70 milyon barel nefti ölkədən çıxara bilib.
 




Moderator.az bildirir ki, bu barədə "The Wall Street Journal" qəzeti "United Against Nuclear Iran" qeyri-hökumət təşkilatının məlumatlarına istinadən yazır.
 
Məlumata əsasən, iyunun ortalarından iyulun ortalarınadək olan dövrdə İrana məxsus 20-yə yaxın tanker Asiyaya doğru yola düşüb.
 
Qeyd edək ki, iyunun 22-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Birləşmiş Ştatların İran nefti və neft məhsullarının istehsalı, tədarükü və satışı üçün ümumi lisenziya verdiyini təsdiqləyən sənəd dərc edib.
 
İyulun 7-də ABŞ Maliyyə Nazirliyi iyun ayında verilmiş ümumi lisenziyanı qüvvədən salıb və bu sahədə yeni əməliyyatları qadağan edib.