“Bilirsiniz ki, cənab prezident bugünlərdə Şuşada ulu babam Sadıqcanın ev muzeyininin təmir və bərpadan sonra açılışını etdi. Evi efirdə görər-görməz mən də, 94 yaşlı anam da həm sevindik, həm də sevincdən kövrəldik. Mən sizi də, bütün Azərbaycan xalqını da təbrik edirəm. Çünki siz bu mövzularda hər zaman mənim yanımda olmusunuz. Bilirsiniz ki, bu sərəncam hələ 2022-ci ildə verilmişdi. Ev çox dağılmışdı və bərpaya geniş ehtiyacı olduğuna görə təmir işləri bir az yubanırdı.


Özüm də çox narahat olurdum. Hər dəfə Şuşaya gedəndə bu evə gedib, işlərlə yaxından tanış olurdum, babam haqqında oradakı usta və fəhlələrə məlumat verirdim.






Onlar özləri də bu evin təmir və bərpasına, restovrasiyasına xüsusi həssaslıqla yanaşırdılar. Prezidentin Şuşa Şəhərindəki Xüsusi Nümayəndəliyinin rəhbəri Aydın Kərimovun isə bu sahədə əməyinin misli yoxdur. Bir neçə dəfə sırf bu mövzu ilə bağlı görüşüb, söhbət də etmişdik. İnanmırdım ki, tez bir müddətdə bu evin təmiri bitə bilər. İldırım sürəti ilə iş getdi və yekunlaşdı. Bu evin təmiri ilə bağlı Şuşa Şəhərindəki nümayəndəlik tərəfindən təşkil olunmuş tenderin qalibi Altun xanım da mənimlə tez-tez əlaqə saxlayırdı, təmirlə bağlı fikirlərimi, ideyalarımı soruşurdular. Qısa bir zamanda işi bu səviyyəyə çatdırdılar. Mən də anamın danışdıqlarını onlara söyləyirdim. Anam da nənəsindən eşitdiklərini mənə söyləyirdi. Anam Afina xanım bu evdə doğulmuşdu. Anamın nənəsi də Sadıqcanın böyük gəlini Zümrüd xanım olub. Yeri gəlmişkən, anamın nənəsi 94 yaşında rəhmətə gedib. Yatıb durmayıb. Kaş hamı o yaşda, o vəziyyətdə rəhmətə gedərdi. Əslinə baxanda hamı elə rəhmətə getməlidir. Mənim arzum idi ki, anam nənəsi qədər yaşasın. Artıq bugünlərdə 94 yaşı tamam oldu. İndi isə növbəti arzum var ki, o həddi keçsin, daha da çox yaşasın”


Bunu Moderator.az-a açıqlamasında Görkəmli sənətkar, məşhur tarzən Sadıqcanın kötücəsi, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Elxan Cəfərov deyib. 




Bunu ona görə arzulayırdım ki, ev muzeyinə gedənlər, sonra Sadıqcanın məzarını ziyarət etsinlər. Ümid edirəm ki, onun məzarı da axtarılır. Əlbəttə ki, axtarılıb tapılmalıdır. Çünki Sadıqcan Azərbaycan incəsənətinin, mədəniyyətinin sütunudur. Şuşa işğal olunana qədər o evdə Mir Mövsüm Nəvvab və Sadıqcanın nəticəsi Elçin Sadıqov yaşayıb. Bilirsiniz ki, Sadıqcanla Mir Mövsüm Nəvvab quda olublar. Elçin bəy Şuşada döyüşüb də. Onun və iki övladının həmin ev-muzeydə hansısa işlə təmin olunması və bələdçi kimi çalışması üçün də Aydın müəllimdən xahiş etmişəm. Müsbət fikirlər var. Mənə elə gəlir ki, köməklik edəcəklər. Orada son qalan odur.


Onun haqqı hamıdan çoxdur. Hərhalda o nəsildən xəbərdardır. Kimsə gəlsə o daha dəqiq və dolğun məlumat verə bilər. Həm də onlar Şuşada yaşamaq istəyirlər” deyə Elxan Cəfərov bildirib.