Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan Silahlı Qüvvələrinin öz qüdrətini əhəmiyyətli dərəcədə artırdığı, Prezident İlham Əliyevin hakimiyyəti dövrndə isə ordumuzun dünyanın 50 ən güclü orduları sırasıdna yer aldığı hər kəsə məlumdur. Bu da məlumdur ki, beynəlxalq hüququn tənəzzülə uğradığı müasir dünyamızda güc faktoru bütün qalan faktorlardan qat-qat əhəmiyyətli hesab edilməkdə, hər bir dövlətin təhlükəsizliyinin əsas qarantı rolunda çıxış etməkdədir.
Maraqlıdır, bəs dövlətin hərbi qüdrəti hansı amillərlə ölçülür? Orduların malik olduğu hərbi texnikalar, onların say və miqyası bu orduların gücünün bilavasitə göstəricisi sayıla bilərmi?
Məlum olduğu kimi, hərbi paradlar uzun müddət dövlətlərin hərbi gücünün göstəricisi hesab edilsə də, bu amilin əksər hallarda özünün doğrultmadığı şbhəsizdir. Daha doğrusu, dünya hərb tarixinin təhlili sübut edir ki, bri çox hallarda təntənəli hərbi paradları ilə diqqət çəkən ordular real döyüş meydanında özlərini doğrulda bilmir, qələbə deyil, məğlubiyyətlə üzləşirlər. Bunun səbəbi müharibənin taleyinə təsir göstərən ən mühüm faktorun daha çox mənəvi amillər – yüksək vətənpəvərlik əhval-ruhiyyəsi, vətənə sonsuz sevgi, döyüş əzmi və s. ilə bağlı olmasıdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komdandan İlham Əliyev 13 iyul 2026-cı il tarixində IV Şuşa Qlobal Media Forumundakı çıxışında orduların sadəcə hərbi paradda deyil, real döyüş meydanında öz gücünü, peşəkarlığını sərgiləməsinin vacib olduğunu bildirib:
“Müdafiə qabiliyyəti, özü də təkcə hərbi paradda deyil, döyüş meydanında göstərilmiş həmin qabiliyyət vacibdir”. (https://president.az/az/articles/view/72945 ).
Prezident İlham Əliyevin güclü ordu amilinə bu şəkildə yanaşması, Müzəffər Ali Baş Komandanın praktiki döyüş qabiliyyətinə necə böyk önəm verdiyini göstərir. Ordunun qüdrətinin real döyüş meydanında nümayişinə verilən önəm “dəmir yumruq” sahibinin dəmir məntiqindən xəbər verir. Prezident İlham Əliyev məlum yanaşması ilə göstərir ki, güclü görünməklə güclü olmaq arasında ciddi fərq mövcuddur və bu fərq yalnız real döyüş meydanında test edilir, ortaya çıxır. Bunun ən böyük örnəyini Azərbaycanın nümunəsində görmək mümkündür. Belə ki, 30 ilə yaxındır ki, işğal problemini sülh yolu ilə aradan qaldırmağa çalışan Azərbaycan, 44 günlük Vətən müharibəsində arsenalında çoxlu sayda müasir raket sistemləri, artilleriya qurğuları olan Ermənistanı darmadağın etdi. Ölkəmiz bununla sübut etdi ki, o, yalnız iqtisadi deyil, həm də hərbi baxımdan regionun şəriksiz lideridir.
Bəli, Azərbaycan hər zaman güclü görünməyi deyil, güclü olmağı seçib və onun hərbi qüdrəti real döyş meydanında dəfələrl öz təsdiqini tapıb. İstər 2016-cı ilin Aprel döyşləri, istər 2020-ci ilin 44 günlük Vətən müharibəsi, istərsə də 2023-cü ilin 19-20 sentyabr tarixli lokal anti-terror əməliyyatları göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri öz gücünü real döyüş meydanında uğurla sərgiləyən azsaylı ordulardır və Müzəffər Ali Baş Komnandan İlham Əliyevin əsəri olan bu ordu bundan sonra da bütün regionda sülhün, təhlükəsizliyin ən böyük qarantı olaraq qalacaq.
Seymur ƏLİYEV