Futbol üzrə 2026-cı il dünya çempionatının final oyunu start götürüb.


Moderator.az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən "MetLife" stadionunda keçirilən həlledici qarşılaşmada İspaniya və Argentina milliləri dünya çempionu adı uğrunda mübarizə aparırlar.








80 633 azarkeş tutumuna malik arenada keçirilən oyunu minlərlə futbolsevərlə yanaşı, ABŞ Prezidenti Donald Tramp və FIFA prezidenti Canni İnfantino da tribunadan izləyirlər.


Qeyd edək ki, İspaniya tarixində ikinci, Argentina isə dördüncü dünya çempionluğu uğrunda mübarizə aparır. Final qarşılaşmasının qalibi 2026-cı il dünya çempionu olacaq.


22:26


Bu gün futbol üzrə dünya çempionatının final oyununda üz-üzə gələcək İspaniya və Argentina yığmalarının start heyətləri açıqlanıb.


Moderator.az xəbər verir ki, komandalar Nyu-York şəhərindəki "MetLayf" stadionunda Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.


İspaniya: Unay Simon, Mark Kukurelya, Emerik Lyaport, Pau Kubarsi, Pedro Porro, Rodri, Fabian Ruis, Aleks Baena, Dani Olmo, Lamin Yamal, Mikel Oyarsabal;


Baş məşqçi: Luis de la Fuenta;


Argentina: Emiliano Martines, Qonsalo Montyel, Lisandro Martines, Kristian Romero, Nikolas Talyafiko, Nikolas Qonsales, Rodriqo de Paul, Entso Fernandes, Aleksis Makallister, Xulian Alvares, Lionel Messi;


09:00


Milyonların səbirsizliklə izlədiyi futbol üzrə dünya çempionatında həlledici an gəlib çatıb.


Moderator.az xəbər verir ki, turnirin ən vacib matçında - böyük finalda qızıl medal uğrunda İspaniya və Argentina milli komandaları amansız mübarizədə üz-üzə gələcəklər.


Futbol azarkeşlərinin diqqət mərkəzində olacaq bu həlledici qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.


Dünya çempionatı


Final


19 iyul


23:00. İspaniya - Argentina.