İran ordusu ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib.


Moderator.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında qeyd olunub.






"Bəhreynin əs-Səxir hava limanında yerləşən ABŞ bölmələrinin pilotsuz uçuş aparatlarının (PUA) saxlanc və təmir anqarlarına hücum edilib, obyektlər məhv olunub", - bəyanatda vurğulanıb.


Bununla yanaşı, Bəhreynin Salman limanında TF59 üzən vasitələrinin hazırlıq məntəqələrinə zərbələr endirilib: "Küveytin Arifcan bazasında xüsusi dəniz təyinatlı qüvvələrinin yerləşmə, dəstək və təchizat anbarları tamamilə məhv edilib.


Çoxlu sayda raket və PUA-larla ABŞ ordusunun hücumlarına cavab zərbələri endirilir".


SEPAH-dan bildirilib ki, İranın silah-sursat ehtiyatları tükənmir və ABŞ-nin bununla bağlı iddiaları həqiqəti əks etdirmir.