Zərdabda 3 yaşlı uşaq ehtiyatsızlığın qurbanı olub.


Moderator.az xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.






Belə ki, 2023-cü təvəllüdlü K. Ə. atası Yaqub Kərimlinin idarə etdiyi otbağlayan aqreqatın təkərinin altında qalaraq ölüb.


Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.


Faktla bağlı araşdırma aparılır.