Uşaq qidalarının bəzi hallarda hədiyyə edilməsinə görə cərimələr nəzərdə tutulur - Qanun nə deyir? - VİDEO
21 Jul 2026, 08:24 32 baxış 2 dəq oxuma
Sağlam və balanslı qidalanma uşaqların fiziki inkişafı, zehni formalaşması və immun sisteminin güclənməsi üçün mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən körpələr və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulan qida məhsullarının reklamı da qanunvericiliklə tənzimlənir.
Moderator.az bildirir ki, Oxu.az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu uşaq yeməklərinin düzgün reklam edilməməsi ilə bağlıdır.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşib.
Qanunvericiliyə əsasən, aşağıdakı hallara yol verilməsi inzibati xəta hesab olunur:
- Körpələr və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının reklamında məhsuldan istifadə üçün yaş məhdudiyyətinin göstərilməməsi, həkim və ya digər mütəxəssislə məsləhətləşməyin vacibliyinin, eləcə də ana südünün üstünlüyünün qeyd olunmaması;
- Uşaqların qidalanması ilə bağlı elmi tədqiqatların müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsi;
- Süni qida məhsullarının satışını artırmaq məqsədilə tibb işçilərinin və onların ailə üzvlərinin hər hansı formada həvəsləndirilməsi;
- Körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar, analar arasında və tibb müəssisələrində yayılması.
Bu tələbləri pozan şəxslər aşağıdakı məbləğlərdə cərimə edilirlər: