Pirallahı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 




Moderator.az xəbər verir ki, 1965-ci il təvəllüdlü İlqar Bağır oğlu Şabanovun idarə etdiyi "Isuzu" markalı avtobus Pirallahı qəsəbəsində, "Abşeronneft" NQÇİ-nin ərazisində geriyə hərəkət edərkən piyadanı vurub.
 
Nəticədə 1969-cu il təvəllüdlü Pirallahı rayon sakini Teyyub Ənvər oğlu Məmmədov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
 
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.