Minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Vəli Qafarov “Zirə”yə keçib.
 




Moderator.az xəbər verir ki, bu barədə təcrübəli qapıçı özü məlumat verib.
 
O, “qartallar”la 1 illik müqavilə imzaladığını bildirib.
 
Vəli Qafarov son olaraq “Birbaşa”da çıxış edib. O, Azərbaycan yığması ilə dünya və Avropa çempionu olub.