Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 




Moderator.az xəbər verir ki, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.
 
Belə ki, “Toyota Prado” markalı minik avtomobilinin aşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.
 

Avtomobildə azyaşlılar da olmaqla bir ailənin 7 üzvünün olduğu bildirilir.
 

Faktla bağlı araşdırma aparılır.