Sosial media səhifələrində “Vital Hospital”la yayılmış məlumatlarla bağlı araşdırma aparılır.
 




Bu barədə Moderator.az-a Baş Prokurorluğun Mətbuat xidmətindənməlumat verilib.
 
Bildirilib ki, bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Vital Hospital”la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma başlayıb.
 
Qeyd edək ki, "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilir.