Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. 
 




Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən xəbərə görə, iyulun 22-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.