Zabrat qəsəbəsində tullantı yığılmış sahədə yanğın başlayıb.


Fövqəladə Hallar Nazirliyindən Moderator.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.








Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.


Əlavə məlumat veriləcək.