UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sabah" - "KuPS" (Finlandiya) oyununda ilk qol vurulub.
Moderator.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" hesabı açıblar - 1:0.
45-ci dəqiqədə Velko Simiç fərqlənib.
Bununla da Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sabah" - "KuPS" (Finlandiya) oyunu başlayıb.
Moderator.az xəbər verir ki, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
Matçın baş hakimi polşalı FIFA referisi Lukaş Kujmadır.
Xatıradaq ki, cütün qalibi növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.