“Aktyorun cənazəsi teatrın səhnəsindən götürülməlidir” - 80 yaşı tamam olan XALQ ARTİSTİ + FOTO
22 Jul 2026, 09:30 32 baxış 2 dəq oxuma
“Mənim ən böyük arzum budur ki, ömrümün çox hissəsini həsr etdiyim bu sənətin işığı qoy, heç vaxt sönməsin! Sonra da, gənc aktyorlar milli teatr ənənələrini yaşatmağa çalışsınlar. Bir də istərdim ki, həmişə olduğu kimi, səhnəyə çıxanda yenə də alqış səsləri eşidim. Yaradandan isə arzum odur ki, yalnız mənə sağlam ömür, mənəvi rahatlıq və xeyirli işlər görmək üçün güc və qüvvət versin! Qoy, tamaşaçılar mənə, xalqına, teatrına və sənətinə vicdanla xidmət etmiş bir aktyor kimi qiymət versinlər. Bu mənim üçün, bütün mükafatlardan daha önəmlidir. Bir rəhmət ki, qoy, Allah xalqımızı, millətimizi və dövlətimizi qorusun! Amin!”
Bunu Moderator.az-a açıqlamasında 80 yaşı tamam olan Xalq artisti Yasin Qarayev bildirib.
O daha sonra bildirib ki, sənətkar neçə yaşı olursa-olsun teatrda işləməlidir:
“Arzusunda olduğum rolların çoxunu oynamışam. Birdə ki, aktyoru teatrdan çıxartmaq, balığı sudan çıxartmaq kimi bir şeydir. Bütün dünya teatrlarında qəbul olunmuş bir qanun var. Ömrünü səhnəyə həsr etmiş görkəmli aktyorun cənazəsi də səhnədən götürülməlidir”.